Khojaly

Khojaly

Tibu

作词 : Teymur Ağayev

作曲 : Teymur Ağayev

Yazanda hər dəfə söz, yazıram hər dəfə qəm

Çünki hər dəfədən kədər yağır qəlb tərəfə

Yadımdan çıxmır o gecə sonrakı hər ərəfə

Elə bildim yuxuda bərk səs-küy gəlir kənd tərəfə

Oyandım, kaş oyanmazdım həmin mənzərədə

Kəndə güllələr töküldü o gecə hər təpədən

Atam baxdı pəncərədən, ikinci mərtəbədə

Elə həmin mərtəbədə yaralandı, “Ölmə dədə!"

(Öldü dədə...) Dəydi güllən hər bədənə

Vallah bu olay bitər ən güclü bir zəlzələdən

Hava da düşmən kimi qar yağdırır hər tərəfə

Şərqdən ordu gəlir, qaçdıq kor-koranə qərb tərəfə

Sən axı bu torpaqda doğulmusan

Təsəvvür et doğulduğun yerdən də qovulmusan

Qar-qar çay tərəfə aparır qorxulu meşə

Qar dizə qədər və sən getməkdən də yorulmusan

Öldü nə qədər körpə, nə qədər qoca, nə qədər adam

Öldü nə qədər ailə, nə qədər ata, nə qədər ana

Gördüm nə qədər satan vicdanını qədəhlərlə

Döndü geriyə qatar sərnişin yox cəsədlərlə

Tarix yazılır qanla, göydə susur yaradan

Mən ölməmiş keçəcəm torpağa gedən qapıdan

Və həmin vacib əmriniz ölkəyə verilən anda

Mən öndə getmək istəyirəm, Ali Baş Komandan

Khojaly

Khojaly

Tibu

00:00 / 00:00