Sirr

Sirr

Oruc Qazıbəyov

作词 : Oruc Qazıbəyov

作曲 : Oruc Qazıbəyov

Yorğun gözlərimdə keçmişdə olanlar

“Olmaz” dediyin nə varsa hamısı olar

İnsanları tanımaq çətin, çox çətin

Qalmayıb mənim taqətim

İllər keçir çox tez, sanki olub dünən

Günlər gedir hədər, varmı bunu bilən?

Təkrar yaşamaq istədiyim günlər

Çox tez ötüb keçdilər

Bəzən darıxan zamanlar

Oluram hamıdan uzaq və ayrı

Bir musiqi dinləyə-dinləyə

Seyr edirəm ayla ulduzları

Ətrafa baxanda o qədər

Xoşbəxt görünən üzlər

Amma ki, çoxların qəlbində

Ağrılar, “kaşki”lər

İstəyirlər ki, yaşananlar qəlbində

Bir sirr olaraq qalsın geridə

Çünki bəzi sözlər vardır ki, onları

Açıb hamıya demək olmur...

İstəyirlər ki, yaşananlar qəlbində

Bir sirr olaraq qalsın geridə

Çünki bəzi sözlər vardır ki, onları

Açıb hamıya demək olmur...

Sirr

Sirr

Oruc Qazıbəyov

00:00 / 00:00