Duman

Duman

Zamiq Huseynov

作词 : Murad Quliyev

作曲 : Murad Quliyev

Sanırdım ki, sən idin

Mənə ən əziz o kəs

Fəqət elə məhz bu gündən

Sənə yadam mən

Demə - nə oldu bəs?

Bi dəfə sönən ocaq

Bir də alışıb, közərə bilməz

Xəyanətlər qırılan ürəyə

İndi nə eləsən də, düzələ bilməz

Sağım, solum duman

Ürəyim talan

Sənin nəfəsin yalan

Özün yalan, sözün yalan

Axı bu nə qəddar zaman!?

Yolumuz uçurum, viran

Fələk bir an aman versin

Halımız onsuz yaman (Eh!)

Sevgi acı bir ox

Yaraları çox dərindir, qorx

Onun əzabını daşımağa

Bir də yaşamağa məndə güc də yox

Axı mən nələr çəkirəm...

Kaş ki, kənardan görəsən

Uduzmuş biri necə olur

O nə düşünür - hardan biləsən sən?

Sağım, solum duman

Ürəyim talan

Sənin nəfəsin yalan

Özün yalan, sözün yalan

Axı bu nə qəddar zaman!?

Yolumuz uçurum, viran

Fələk bir an aman versin

Halımız onsuz yaman (Eh!)

Sağım, solum duman

Solum, sağım yalan

Sağım, solum duman, duman, duman

Sağım, solum duman, duman

Sağım, solum duman, duman, duman

Sağım, solum duman, duman

Duman

Duman

Zamiq Huseynov

00:00 / 00:00